Psalmen 3
Viele erheben sich gegen mich
Davudun məzmuru. Oğlu Avşalomun qarşısından qaçanda. Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb! 2Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». Sela 3Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən!
4Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. Sela 5Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir. 6Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram.
7Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, Pislərin dişlərini qırırsan. 8Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! Sela
Kopiert!
Aa