시편 127
여호와께서 집을 세우지 아니하시면
Süleymanın ziyarət nəğməsi. Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər. 2Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər. 3Övladlar Rəbbin verdiyi paydır, Bətnin bəhrəsi Onun mükafatıdır.
4İnsanın gənc ikən övladları olarsa, Bir igidin əlindəki oxlara bənzər. 5Oxdanı bu cür dolu olan nə bəxtiyardır! Darvazada əleyhdarları ilə çəkişən zaman Xəcalətli olmayacaq.
복사됨!
Aa