시편 126

눈물을 흘리며 씨를 뿌리는 자

Ziyarət nəğməsi. Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi. 2Dodaqlarımızdan gülüş tökülürdü, Dilimizdən sevinc harayı yüksəlirdi. Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb». 3Bunun üçün sevinirik, Çünki Rəbb bizim üçün böyük işlər görüb.

4Selləri Negevə qaytardığın kimi, Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar. 5Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək. 6Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.

복사됨!
Aa