시편 124

여호와께서 우리 편에 계시지 아니하셨더라면

Davudun ziyarət nəğməsi. İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı, 2Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı, 3Bizə qarşı qəzəblərindən yanarkən Bizi diri-diri udardılar, 4Sular bizi yuyub-aparardı, Sellər üstümüzü basardı, 5Azğın sular üstümüzü basardı.

6Alqış olsun Rəbbə! O bizi onların dişlərinə ov etmədi. 7Bizi ovçunun tələsindən bir quş kimi qurtardı, Tələ qırıldı, canımız azad oldu. 8Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir.

복사됨!
Aa