시편 123

내가 눈을 들어 주를 우러러보나이다

Ziyarət nəğməsi. Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm. 2Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik, Bizə rəhm etməsini gözləyirik. 3Bizə rəhm et, ya Rəbb, rəhm et! Çünki təhqirlərdən doymuşuq.

4Laqeydlərin rişxəndləri, Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu.

복사됨!
Aa