시편 93
여호와께서 다스리시니 위엄을 입으셨도다
Rəbb hökmranlıq edir, əzəmət libasıdır, Rəbbin libasına qüdrət qurşanıb. Dünya möhkəm durub, sarsılmazdır. 2Ya Rəbb, taxtın əvvəldən qurulub, Əzəldən var olan Sənsən. 3Ya Rəbb, sellər çağlayır, Şırıldayan sellər çağlayır, Uğuldayan sellər çağlayır.
4Gur suların uğultusundan da, Dənizin güclü dalğalanmasından da, Ucalarda olan Rəbb qüdrətlidir! 5Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır, Evinə müqəddəslik əbədi olaraq yaraşır.
복사됨!
Aa