시편 100
기쁨으로 여호와를 섬기라
Şükran məzmuru. Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin, 2Sevinclə Rəbbə qulluq edin, Mədh oxuyaraq Onun hüzuruna gəlin! 3Rəbb Allahdır, siz bunu bilin, O bizi yaradıb, biz Ona aidik, Xalqıyıq, otlağında otardığı sürüyük.
4Dərgahına şükürlərlə, Həyətlərinə həmdlərlə gəlin. Ona şükür edin, İsminə alqış söyləyin. 5Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir, Sədaqəti nəsillərdən-nəslə çatır!
복사됨!
Aa